Panama ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini rəsmən sənədləşdirdi
14 avqust 2013 18:19 (UTC +04:00)

Panama ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini rəsmən sənədləşdirdi

Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilib. 


 

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub. 

 

Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda Ermənistan tərəfindən törədilmiş soyqırım qətiyyətlə pislənilib. 

 

Qətnamədə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış da əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar