PA rəsmisi: "ABŞ belə mühüm məsələlərə məhəl qoymur"
17 oktyabr 2014 18:45 (UTC +04:00)

PA rəsmisi: "ABŞ belə mühüm məsələlərə məhəl qoymur"

 

"Son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycan ilə bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir". Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət Departamentinin 15 oktyabr tarixli açıqlamasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq müddətdə bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat versəydi daha yaxşı olardı: "Qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe bildirəydi. Lakin ABŞ belə mühüm məsələlərə məhəl qoymayaraq insan hüquqları və azadlıqları məsələlərini istədiyi zaman qaldırmağı yalnız özünün beynəlxalq öhdəliyi hesab edir. Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir”.

 

 

# 489

Oxşar yazılar