Oqtay Əsədov TürkPA-dan medal aldı
04 dekabr 2015 14:16 (UTC +04:00)

Oqtay Əsədov TürkPA-dan medal aldı

 

 

TürkPA-nın Astanada keçirilən 6-cı plenar iclasında təşkilata sədrliyi Azərbaycan Qazaxıstana təhvil verib.

 

APA-nın “inform.kz” saytına istinadən verdiyi xəbərə görə, sədrliyi təhvil alan Qazaxıstan Məclisinin spikeri Kabibulla Cakupov TürkPA-ya sədrliyi dövründə aparılan işlərə görə Azərbaycan parlamentarilərinə təşəkkür edib.

 

Bununla yanaşı, K. Cakupov TürkPA-nın türkdilli ölkələr arasında dialoq üçün vacib platforma olduğunu qeyd edib.

 

“TürkPA türk inteqrasiyasının parlament ölçüsüdür. Assambleya fəaliyyəti ilə  ölkə rəhbərliklərinin qərarlarına hərtərəfli yardım edir,” - deyə spiker bildirib.

 

Məclisdə 2014-cü il boyu TürkPA-nın fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, katibliyin gələn il üçün büdcə layihəsi nəzərdən keçirilib, növbəti plenar iclasın keçirilmə yeri və vaxtı müzakirə olunub.

 

İclasda ilk dəfə olaraq TürkPA-nın medalları təqdim edilib.

 

Türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsində xidmətlərinə görə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamentinin spikeri Kabibulla Cakupov, Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov, və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman medalla təltif olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar