Azərbaycan parlamentinin sədri Dəmirəlin dəfnində iştirak edəcək
18 iyun 2015 17:31 (UTC +04:00)

Azərbaycan parlamentinin sədri Dəmirəlin dəfnində iştirak edəcək

 

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcək.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və  mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

 

Tədbirlərdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

 

Səfər iyunun 19-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar