APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdeyib. O bildirib ki, ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar: “Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.