<b>Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən Prezidentə başsağlığı </b>
04 aprel 2016 15:48 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən Prezidentə başsağlığı

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Prezident İlham Əliyevə Azərbaycanın mülki əhalisinin və hərbçilərinin həyatlarını itirməsi ilə əlaqədar başsağlığı verib.

 

Lent.az-ın AzərTAc- a istinadən məlumatına görə, başsağlığında deyilir:

 

Hörmətli cənab Prezident,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik nəticəsində Azərbaycanın mülki əhalisinin və hərbçilərinin həyatlarını itirməsi ilə əlaqədar bizim dərin kədərimizi və başsağlığımızı qəbul etməyinizi xahiş edirik.

Biz beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildən davam edən atəşkəsin pozulması ilə bağlı dərin üzüntümüzü və sarsıntımızı bildiririk və Azərbaycanı bütün mümkün tədbirləri görməklə hərbi gərginliyi aradan qaldırmağa çağırırıq. Hazırkı vəziyyət bütün regionun stabilliyinə təhlükə yaradır və arzuolunmaz üçüncü tərəfin münaqişəyə qarışması problemin davamlı təhlükəliliyini saxlayır.

Biz ATƏT və Minsk qrupunun üzvləri ilə bütün diplomatik vasitələrdən istifadə etməklə təcili olaraq atəşkəsə əməl etməyə və beynəlxalq səviyyədə hər bir vasitədən istifadə olunmaqla, Azərbaycanın ərazi bütövlüyünə yönələn gələcək hücumların qarşısının alınmasına çağırırıq.

Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün vasitə olaraq qalır. Beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən, təhlükəli gərginlik yaratmaq üçün bəhanə kimi istifadə edilə bilən təxribatlara cavab verməməyinizi xahiş edirik.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramlarımızı qəbul edəsiniz".

Başsağlığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, Peter Stoyanov, Boris Tadiç, Stepan Mesiç, Emil Konstantinesku , Viktor Yuşenko, Recep Meydani tərəfindən imzalanıb. 

Həmçinin Mərkəzin üzvləri - İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən və Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya da Azərbaycan prezidentinə başsağlığı veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar