Yanvarın 17-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil edilən görüşlərdə iştirak edib. Lent.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
219