“Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanıb”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, görüşdə strateji tərəfdaşlığın inkişafı yolları müzakirə olunub: “Bakı-Tiflis-Qars dəmir yolu xətti bu il fəaliyyətə başlayacaq. Bu layihə hər 3 ölkən inkişafına təkan verəcək".