Nazir: “Lavaş ermənilərin eksklüziv çörəyi deyil”
02 dekabr 2014 13:57 (UTC +04:00)

Nazir: “Lavaş ermənilərin eksklüziv çörəyi deyil”

0
“Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazir bildirib ki, lavaş bütün regiona məxsusdur: “Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır, ermənilərin eksklüziv çörəyi deyil”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar