Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsi ilə bağlı suala münasibət bildirib.
APA-nın məlumatına görə, XİN başçısı bu məsələnin gündəmdə saxlandığını deyib: “Bu məsələ ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb. Biz qeyd etmişik ki, bu, qanunsuz addımdır. Köçürülənlərin sayı çox olmaya bilər, amma biz istənilən halda bu məsələni diqqətdə saxlayırıq”.