Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb.
APA-nın Qazaxıstan prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı N.Nazarbayev Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrdə həyatını itirən mülki insanlar və hərbi qulluqçularla bağlı başsağlığı verib.
Qazaxıstan prezidenti hər iki lideri gərginliyin azaldılmasına və beynəlxalq hüquq əsasında danışıqların bərpa olunmasına çağırıb. “Burada əsas rol Minsk Qrupuna aiddir”, - deyə məlumatda qeyd edilib.
Telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.