Müsavat qərarını bu gün verəcək
09 dekabr 2013 12:20 (UTC +04:00)

Müsavat qərarını bu gün verəcək

Bu gün saat 14:00-da Müsavat Partiyası Divanının növbəti iclası keçiriləcək. Bugünkü iclasda Müsavat Partiyası Milli Şuradakı fəaliyyətini dayandırmaq barədə qərar qəbul edə bilər.

 

Xatırladaq ki, Milli Şuranın sonuncu sessiyasında Müsavat başqanı İsa Qəmbər bildirmişdi ki, xarici ölkə vətəndaşının MŞ-ə sədr və ya fəxri sədr olması Müsavat Partiyası üçün məqbul deyil və əgər Rüstəm İbrahimbəyov quruma fəxr sədr seçilərsə, Müsavat Partiyası MŞ-dəki fəaliyyətini yenidən müzakirə edəcək.

 

Bunun ardınca bir sıra partiya funksionerləri də açıqlamalarında partiyanın növbəti Divan iclasında Milli Şuradakı fəaliyyətləri ilə bağlı müzakirə aparıb qərar qəbul edəcəklər. Onu da bildirək ki, Müsavat rəhbərliyində təmsil olunan bir neçə funksioner partiyanın Milli Şuradan ayrılmalı olduğu barədə konkret tələb irəli sürüblər.

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, Divanın bügünkü iclasında partiyanın Milli Şuradakı fəaliyyəti də müzakirəyə çıxarılacaq. Bununla belə, partiya funksioneri qeyd edib ki, Divanın bu gün keçiriləcək iclasında Müsavatın Milli Şuradan çıxması ilə bağlı qərar qəbul ediləcəyini birmənalı iddia etmək düzgün olmaz: “Biz, Divanın iclasında bu məsələni müzakirə edəcəyik. Ancaq Müsavatın bu gün Milli Şuradan çıxacağını iddia etmək də düzgün deyil. Konkret bu barədə qərar bugünkü iclasda çıxmaya da bilər”.

 

Anar GƏRAYLI

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Anar Gəraylı

Oxşar yazılar