Müsavat partiyası seçkiqabağı mitinq keçirib
25 oktyabr 2015 17:33 (UTC +04:00)

Müsavat partiyası seçkiqabağı mitinq keçirib

0

Oktyabrın 25-də Müsavat partiyası Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda seçkiqabağı təşviqat mitinqi keçirib.

Mitinqdə Müsavat partiyasındanMilli Məclisə namizədliyi irəli sürülmüş şəxslər, onların vəkilləri, habelə partiyanın funksionerləri, fəalları və üzvləri iştirak ediblər.

Seçkiqabağı təşviqat aksiyasında çıxış edən partiya funksionerləri Müsavatdan olan namizədlərin seçki platforması barədə mitinq iştirakçılarına məlumat veriblər və seçiciləri fəal olmağa, həmin namizədlərə səs verməyə çağırıblar.

Hər hansı insidentin qeydə alınmadığı aksiyada 500-ə yaxın adam iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar