Müsavat Partiyası bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakını dayandırıb. Lent.az-ın məlumatına görə, bu barədə Müsavat Partiyası Divanının bugünkü iclasında qərar qəbul edilib. Partiya bu barədə qərarını ölkədəki seçki mühiti, namizədlərə pulsuz efir vaxtının ayrılmaması əlaqələndirib.
Qeyd edək ki, Müsavat Partiyası parlament seçkilərində iştirak qərarı almış, bir çox dairədən namizəd irəli sürmüş və 20-dən çox namizədi qeydə alınmışdı.