Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvandakı N saylı hərbi hissədə olublar. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını, Xalça Muzeyini ziyarət ediblər.
Sonra hər üç ölkənin Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olublar.
Bununla da Türkiyə Respublikası və Gürcüstanın müdafiə nazirlərinin ölkəmizə rəsmi səfəri başa çatıb.