Mübariz Qurbanlı tələbələrlə görüşdü
03 noyabr 2014 19:20 (UTC +04:00)

Mübariz Qurbanlı tələbələrlə görüşdü

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Odlar Yurdu Universiteti ilə birgə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirib. Dini Komitədən Lent.az-a verilən məlumata görə, universitet rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

  

Dövlət Komitəsinin sədri lı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından  danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.  Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb. G. İsmayılov din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransın sonunda müəllim və tələbələri maraqlandıran suallara cavablar verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar