MSK Elza Seyidcahanın namizəd olduğu dairə barədə qərar verdi
05 noyabr 2015 17:16 (UTC +04:00)

MSK Elza Seyidcahanın namizəd olduğu dairə barədə qərar verdi

 

 

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Seyidcahansə səs vermiş 2 seçicinin  müraciətinə baxılıb.

 

APA-nın məlumatına görə, müraciətdə həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsi xahiş olunub.

 

MSK üzvü Validə Kazımova bildirib ki, MSK-nın ekspert qrupunun araşdırmaları nəticəsində həmin dairədə heç bir qanun pozuntusunun qeydə alınmadığı müəyyənləşib. Bu səbəbdən səsvermənin nəticələrinin ləğvinə ehtiyac yoxdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar