MSK: Seçici fəallığı 55,7 faiz olub - <span style="color:red;">YENİLƏNİB
01 noyabr 2015 20:21 (UTC +04:00)

MSK: Seçici fəallığı 55,7 faiz olub - YENİLƏNİB

Bu gün Azərbaycan Milli Məclisinə V çağırışda keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat açıqlanıb.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 19:00-a da səsvermə başa çatıb

 

Respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

 

Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.

 

 

***

 

17:23

 

Bu gün Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.

 

APA-nın məlumatına görə, MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-a qədər olan məlumata görə, respublika üzrə 2 milyon 605 min 948 seçici səs verib. Bu, 50,1 faiz seçici fəallığı deməkdir.

 

Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.

 

***

 

15:24

 

Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.

 

APA-nın xəbərinə görə, MSK İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15:00-a qədər olan məlumata görə, respublika üzrə 2 230 750 seçici səs verib, seçici fəallığı 42,9 faizdir.

 

Ölkə üzrə ümumi seçicilərin sayı 5 198 658 nəfərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar