Mövlud Çavuşoğlu Bakıya gəlib
05 sentyabr 2017 16:49 (UTC +04:00)

Mövlud Çavuşoğlu Bakıya gəlib

0
 
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
 
APA-nın məlumatına görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.
 
Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.
 
Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.
 
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
 
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar