APA-nın Moskva müxbirinin məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Görüşdə xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub. Nazirlər əvvəlcə məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüş keçirəcəklər.