APA-nın məlumatına görə, Koordinasiya Şurasının tərkibi səsə qoyularaq qəbul edilib. Koordinasiya Şurasına Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Kamil Vəli Nərimanoğlu, Fuad Ağayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Hacıbaba Əzimov, Nurəddin Mustafayev, Rafiq Manaflı, Leyla Yunus, Eldəniz Quliyev, İbrahim İbrahimli, Mehman Əliyev, Cəmil Həsənli, Mehriban Vəzir və Rövşən Əhmədli daxil edilib.
Qeyd edək ki, Koordinasiya Şurasına seçkilər keçirilərkən Müsavat Partiyasının üzvü Mehriban Vəzir zalda olmayıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər AXCP üzvləri onun Koordinasiya Şurasının üzvü seçilməsinə etiraz ediblər. Onlar fikirlərini M.Vəzirin mətbuatda Milli Şura əleyhinə çıxışları ilə əsaslandırıblar. Bu səbəbdən M.Vəzirin namizədliyi iki dəfə səsə qoyulub. Yalnız bundan sonra M.Vəzir Milli Şuranın Koordinasiya Şurasının üzvü seçilib.