Milli Şura məsələsində fövqəladə vəziyyət
28 may 2013 17:48 (UTC +04:00)

Milli Şura məsələsində fövqəladə vəziyyət

“El” Hərəkatı Milli Şuranın elan olunmasının təxirə salınmasına etiraz olaraq bəyanat yayıb.

 

Hərəkatının mətbuat xidmətindən lent.az-a daxil olan bəyanatda bildirilib ki, bu gün “El” hərəkatının Ali Məclisi və İdarə Heyətinin fövqəladə toplantısı keçirilib.

 

Toplantıda Milli Şuranın elan edilməməsi böyük təəccüb və etirazla qarşılanıb.

 

Bəyanatda qeyd olunub ki, Novxanıda toplaşanların da yerdən “Milli Şura” şüarı səsləndirmələrinə baxmayaraq, bəlli olmayan səbəbdən qurum elan olunmayıb: “Bu gün Milli Şura elan olunmalı idi. Bu işə mane olan hər kimsə və ya hansı qüvvələrsə, onlar tarix qarşısında cavab verəcəklər”.

 

“El” Hərəkatı bəyanatında Milli Şuranın elan olunmasını tələb etdiyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2305
avatar

Oxşar yazılar