Milli Şura Bakıda mitinq keçirib
08 aprel 2017 17:12 (UTC +04:00)

Milli Şura Bakıda mitinq keçirib

Bu gün Demokratik Qüvvələrin Milli Şurası "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. 

 

APA-nın xəbərinə görə, mitinqdə çıxışlardan sonra qətnamə oxunub. 


Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

 

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500-dək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar