Deputatlar MM-in iki komitəsində təmsil oluna biləcək - YENİLİK
08 dekabr 2015 15:25 (UTC +04:00)

Deputatlar MM-in iki komitəsində təmsil oluna biləcək - YENİLİK

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişikliklər müzakirə olunub.

 

APA-nın məlumatına görə, Nizamnamənin 36-cı maddəsinə təklif edilən dəyişiklikdə bildirilr ki, “Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər”.

 

Hazırkı maddənin tələbinə görə isə deputatın yalnız bir komitənin üzvü olmaq səlahiyyəti var.

 

33-cü maddəyə təklif edilən dəyişikliyə görə isə Milli Məclis sədrinin seçilməsi zamanı deputatlar yalnız bülleten vasitəsi ilə yox, elektron səsvermə ilə də seçim edə biləcəklər.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar