Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.
APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında növbəti plenar iclasın dekabrın 4-də olacağını bildirib.
İclasın gündəliyi barədə əlavə məlumat veriləcək.
**
12:20
Bu gün Milli Məclisin plenar iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda Milli Məclisin İntizam komissyiası təşkil ediləcək, Hesablayıcı komissiyanın tərkibində dəyişiklik ediləcək.
İclasda eyni zamanda Milli Məclisin komitə sədrlərinin müavinləri və komitələrin üzvləri seçiləcəklər.