Milli Məclisin növbədənkənar xüsusi iclası başlayıb.
APA-nın məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov əvvəlcə əfv sərəncamı ilə əlaqədar Milli Məclis adından prezidentə minnətdarlığını bildirib.
Daha sonra gündəliyin müzakirəsinə keçilib. Gündəliyə “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəlişin edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsinə ayrı-ayrılıqda edilən dəyişikliklər və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi daxildir.