Millət vəkili Türkiyənin bölgələrində imza mərasimi keçirib
26 dekabr 2015 16:16 (UTC +04:00)

Millət vəkili Türkiyənin bölgələrində imza mərasimi keçirib

 

Türkiyənin Sinop, Sakarya, Aydın bölgələrində millət vəkili Qənirə Paşayevanın kitablarının imza mərasimi keçirilib.  

 

Lent.az-ın məlumatına görə, Q.Paşayevanın araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının və Q.Paşayevanın Türkiyədə nəşr olunmuş “Allah seven kalplerdedr” və “Aşk Başka” kitablarının imza mərasimlərində bölgə rəsmiləri, ziyalılar, jurnalistlər və gənclər fəal iştirak ediblər.

 

Türkiyə KİV-lərinin iştirak etdiyi tədbirdə Q. Paşayeva “Karabağ hikayeleri” kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib: Millət vəkili Qənirə Paşayeva müəllifi olduğu digər kitablar barədə də danışıb.

 

Gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablan Q. Paşayeva bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlirin yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənməsi, kitablarının belə bir missiyaya xidmət etməsindən çox məmnundur.

 

Nəşrindən cəmi iki ay keçməmiş “Allah, sevən kalplerdedir” kitabının Türkiyədə 2-ci baskı ilə çap olunmasını oxuyucuların böyük diqqəti olduğunu deyən millət vəkili bütün oxuyuculara təşəkkürünü bildirib.

O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını söyləyib. Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağı haqda məlumat verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar