Millət vəkili Tovuzda görüş keçirib
23 mart 2016 17:25 (UTC +04:00)

Millət vəkili Tovuzda görüş keçirib

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili sakinlərin müraciətləri ilə tanış olub.

Sakinlərin müraciətləri əsasən övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. 

 

Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili həmçinin fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Q.Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb.

Bundan başqa, Q. Paşayeva bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaları üçün müvafiq orqanlarla danışıb.  

Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi ilə bağlı problemlərindən dolayı müraciət ediblər. Bundan başqa görüşdə  təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub.

Sonda millət vəkili  kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar