Mətbuat Şurası mitinqdə monitorinq aparıb
25 oktyabr 2015 17:43 (UTC +04:00)

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

0
Mətbuat Şurası Müsavat partiyasının oktyabrın 24-də Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə monitorinq aparıb. Monitorinq zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasından lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi ilə birgə yaradılan monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb.
 
Monitorinq nəticəsində müəyyənləşdirilib ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Monitorinq qrupu həmçinin jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün yaradılan şəraiti nəzərdən keçirib. Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar