Mərc oyunlarına nəzarət başqa quruma verildi
10 mart 2016 22:10 (UTC +04:00)

Mərc oyunlarına nəzarət başqa quruma verildi

Azərbaycan prezidenti İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, “Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən dəyişiklik idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanın dəyişməsi ilə əlaqədardır.

 

Dəyişikliyə əsasən idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətinin həyata keçirilməsinə dair səlahiyyət Gənclər və İdman Nazirliyindən alınıb. Bu sahədə dövlət nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək. Qanuna edilən digər dəyişikliyə əsasən, idman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin Palata tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar