Məmmədyarov Nalbandyanla görüşəcək
27 mart 2017 17:39 (UTC +04:00)

Məmmədyarov Nalbandyanla görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər.

 

APA-nın "İnterfax"-a istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır: “İki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

APA Baycan

Oxşar yazılar