Fevralın 2-də xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi səfir Karlos Paskual ilə görüşüb.
Lent.az-a daxil olan məlumata əsasən, görüş zamanı regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu vurğulanıb.
Bu çərçivədə «Cənub Dəhlizi»nin xüsusi əhəmiyyəti qeyd edilib.
Görüş zamanı həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün E. Məmmədyarov İsrailin müdafiə naziri Ehud Barak ilə də görüşüb.
Görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb və münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər.
Bundan başqa enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.