“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplər hazırdır, artıq sülh sazişi üzərində işləmək lazımdır”.
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir, Azərbaycanın öz mövqeyini bildirdiyini xatırladıb: “Fransa prezidenti də tərəfləri böyük sülh sazişi üzərində işləməyə çağırıb. Biz razıyıq və buna hazırıq. Amma əvvəlcə Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”.