Prezident İlham Əliyev Həsən İbrahim oğlu Həsənova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə H.İ.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.