Martın 6-da Macarıstanın baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın baş naziri mərasimdə çıxış edib.
Daha sonra baş nazir Viktor Orban ordeni Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edib. Mehriban Əliyeva Viktor Orbana təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.