Mehriban Əliyeva "2015-ci ilin adamı" elan edilib
21 yanvar 2016 22:26 (UTC +04:00)

Mehriban Əliyeva "2015-ci ilin adamı" elan edilib

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəikili, birinci xanım Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

 

APA-nın xəbərinə görə, Mehriban Əliyeva bu mükafata I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki roluna, Azərbaycanın dünyada müsbət imicinin tanınması istiqamətindəki fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

 

Qeyd edək ki, 2005-ci ildə də bu mükafat Mehriban Əliyevaya təqdim olunub.

 

 

Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

 

1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

 

 

Xatırladaq ki, “İlin adamı” mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar