Lukaşenko Yaqub Eyyubovu "Şərəf" ordeni ilə təltif etdi
23 oktyabr 2015 20:40 (UTC +04:00)

Lukaşenko Yaqub Eyyubovu "Şərəf" ordeni ilə təltif etdi

0

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib. APA-nın xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.

 

Y.Eyyubov və X.Fətiyev Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə yüksək mükafata layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar