Lukaşenko Artur Rəsizadəyə “Xalqlar dostluğu” ordeni verib
23 iyul 2015 16:06 (UTC +04:00)

Lukaşenko Artur Rəsizadəyə “Xalqlar dostluğu” ordeni verib

 

 

Azərbaycanın baş naziri Artur Rəsizadə Belarusun “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.

 

APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, A. Rəsizadəyə bu ordeni Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən təqdim edib.

 

Azərbaycan rəhbərliyi dostluq münasibətlərinə malik olduğunu deyən A. Lukaşenko A. Rəsizadənin Belarus-Azərbaycan əlaqələrinin inkişafı üçün çox işlər gördüyünü bildirib.

 

Qeyd edək ki, A. Rəsizadə Belarusla Azərbaycan arasında iqtisadi-ticarət və humanitar sahədəki əlaqələrin inkişafına verdiyi töhfəyə görə bu ordenə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar