Londondakı terrorda Azərbaycan vətəndaşları zərər çəkib?
04 iyun 2017 11:50 (UTC +04:00)

Londondakı terrorda Azərbaycan vətəndaşları zərər çəkib?

0

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.

 

Lent.az xəbər verir ki, bu haqda Trend-ə XİN-nin mətbuat xidmətindən məlumat verilb.

 

Məlumatda deyilir: “Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır”.

 

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

 

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

 

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar