Leyla Əliyeva Münhen Təhlükəsizlik Konfransında
18 fevral 2017 03:28 (UTC +04:00)

Leyla Əliyeva Münhen Təhlükəsizlik Konfransında

Fevralın 17-də 53-cü Münhen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

 

Münhen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

 

53-cü Münhen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar