Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb
31 yanvar 2016 18:10 (UTC +04:00)

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrovun adından MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri üçün ənənəvi səhər yeməyi təşkil olunub. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, görüş zamanı bu ölkənin xarici siyasət idarəsinin rəhbəri MDB formatında inteqrasiya proseslərinin, Birliyin nizamnamə və yerli orqanlarının işinin təkmilləşdirilməsi yolu ilə MDB-nin müasir dünyanın reallıqlarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. S.Lavrov qeyd edib ki, 25 il ərzində MDB dövlətlərarası qarşılıqlı fəaliyyətə dair ən mühüm məsələləri səmərəli şəkildə həll etməyə qadir nüfuzlu beynəlxalq təşkilata çevrilib. Rusiyalı nazir aktual problemlərlə bağlı ölkəsinin prioritetlərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar