Kreml Qarabağ danışıqlarına dair: "Hələlik  öyünməyə heç bir əsas yoxdur"
26 mart 2016 19:40 (UTC +04:00)

Kreml Qarabağ danışıqlarına dair: "Hələlik öyünməyə heç bir əsas yoxdur"

“Rusiya  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

“Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə şərait yaratmır”, - deyə Peskov bildirib.      

 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.)  ardıcıl şəkildə səylər göstərir. Hələlik  öyünməyə heç bir əsas yoxdur, lakin yeganə çıxış yolu “beşliyin” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar