Kosta Rika Respublikası Azərbaycanda səfirlik açmaq niyyətindədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta Rika Respublikasının 2016-cı ildə Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında isə Kosta Rika Respublikasının bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.