ABŞ-ın Federal Təhqiqat Bürosu prezidentliyə namizəd, keçmiş dövlət katibi Hilari Klintona məxsus hökumətə təqdim edilməmiş daha 14900 elektron məktub aşkar edib.
Lent.az-ın Vaşinqton Posta istinadən məlumatına görə, söhbət Hilari Klintonun Xarici İşlər Nazirliyində çalışdığı ərəfədə şəxsi maili ilə gerçəkləşdirdiyi rəsmi xidmət yazışmalarından gedir.
Bundan əvvəl hökumətə 30 min belə məktub təqdim edilib. Bu sənədlərin dərci barədə sentyabrın 13-də məhkəmə keçiriləcək.
Qeyd edilənə görə, Dövlət Departamenti Klintonun elektron yazışmalarının digər qismini də araşdıracaq.