Kəmaləddin Heydərov Uruqvay Prezidentinin xüsusi elçisi ilə görüşüb
21 yanvar 2013 17:10 (UTC +04:00)

Kəmaləddin Heydərov Uruqvay Prezidentinin xüsusi elçisi ilə görüşüb

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verib və Azərbaycan ilə Uruqvay arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildirib.

 

Qonaq da öz növbəsində hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar