Kəmaləddin Heydərov Əfqanıstan səfiri ilə görüşüb
22 yanvar 2013 17:23 (UTC +04:00)

Kəmaləddin Heydərov Əfqanıstan səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Şaker Karqar ilə görüşüb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazir, ilk növbədə, cənab Karqarı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi və onun qurumlarının fəaliyyəti haqqında geniş məlumat verib və Əfqanıstanla müvafiq sahələrdəki əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Cənab Karqar, öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib. 

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar