Jirinovski Bakıda gəzintiyə çıxıb
27 sentyabr 2014 21:46 (UTC +04:00)

Jirinovski Bakıda gəzintiyə çıxıb

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski sentyabrın 27-də Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda və İçərişəhərdə olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə,  V.Jirinovski əvvəlcə Dövlət Bayrağı Meydanı ilə tanış olub.

 

Sonra qonaq Dənizkənarı Milli Parka gəlib.

 

V.Jirinovskiyə Milli Parkda həyata keçirilən tikinti və abadlıq işləri haqqında da məlumat verilib.

 

Daha sonra LDP-nin sədri İçərişəhərlə tanış olub.

 

Qonağa əvvəlcə Qız qalası abidəsinin tarixi və qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

 

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da V.Jirinovskidə maraq doğurub.

 

Elektromobillə gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verilib.

 

Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanışlıq V. Jirinovskidə xoş təəssürat yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2948
avatar

Oxşar yazılar