Türkiyədə Azərbaycanın qəhrəman döyüşçüsü İbad Hüseynovla görüş keçirilib. Lent.az-ın məlumatına görə, İstanbul Bayrampaşa Bələdiyyəsinin, Bultürk dərnəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMIB) təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan konsulluğu və Bayrampaşa bələdiyyə başqanı İbad Hüseynovu xüsusi ödüllə mükafatlandırıblar.
Tədbirdə döyüşçüyə həsr olunan filmin nümayişindən sonra yerli ulduzların ifaları və çıxışları yer alıb. Xalq artisti Brilliant Dadaşova, müğənni İradə İbrahimova, vizajist Nigar İbrahimova, Azəri Günel, TMB kanalında aparıcı kimi fəaliyyət göstərən Elyanə Əhmədova iştirak ediblər.
Qeyd edək ki, ASALA terror təşkilatının üzvü Monte Melikoyanı məhv edən İbad Hüseynovun başına 12 milyon pul qoyduğundan, sözügedən tədbir xüsusi güvənliklə qorunub.