İstanbul Universitetində Xocalı anıldı
28 fevral 2013 11:50 (UTC +04:00)

İstanbul Universitetində Xocalı anıldı

Türkiyənin İstanbul Universitetində Xocalı Soyqırımı və Dağlıq Qarabağla bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının bütün türk dünyasının faciəsi olduğunu deyib. Millət vəkili beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edərək bildirib ki, soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər.

 

Toplantıda Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, Avrasiya Beynəlxalq Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, TİMUB prezidenti Çingiz Bayramov, AVCİYA-nın əməkdaşı Zaur Qəribli çıxış edərək Xocalı soyqırımı barədə geniş məlumatlar veriblər və Xocalı Soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanın üzərinə düşən vəzifələrdən danışıblar.

 

Tədbir çərçivəsində “Azərbaycan həqiqətləri” adlı filmlər, “Hocalı Soykırımı: tanıkların dili ile”, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı” və “Ruhum Qarabağlıdır” filmləri də təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Oxşar yazılar