İsmayıllının deputatı: “İcra başçısı ilə bir yerdəyik...”
24 yanvar 2013 13:02 (UTC +04:00)

İsmayıllının deputatı: “İcra başçısı ilə bir yerdəyik...”

0

“Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nazim Ələkbərovla birgə bir yas mərasimində iştirak etdik, indi də Nazim Ələkbərovla bir yerdəyik”.

 

Bunu Lent.az-a açıqlamasında 86 saylı İsmayıllı Seçki Dairəsindən deputat seçilmiş Novruzəli Aslanov söyləyib.

 

Bu gün  məişət, su məsələləri ilə bağlı 10 nəfərə yaxın seçicini də qəbul etdiyini bildirən Novruzəli Aslanov deyib ki, hazırda İcra Hakimiyyətinin binasındadırlar: “İcra Hakimiyyətinin binası qarşısında hazırda aksiya keçirildiyi barədə məlumat da yanlışdır. Binanın qarşısında dayananlar polis əməkdaşlarıdır. 5-6 nəfər də jurnalist var, müxtəlif media orqanlarının təmsilçiləridir, müsahibə alırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3682

Oxşar yazılar